...

Apple yenilənmiş iPad 8 planşetini təqdim etdi

Dünya xəbərləri Materials 15 Sentyabr 2020 23:09 (UTC +04:00)
Apple yenilənmiş iPad 8 planşetini təqdim etdi

Bakı. Trend:

"Apple" şirkəti iPad 8 planşet kompüterinin yenilənmiş modelini təqdim edib.

Trend-in məlumatına görə, həmin planşet kompüterinin yenilənmiş modeli A12 Bionic prosessoruna sahib olub. Onun sayəsində iPad-ın yeni nəsili keçmiş modelindən 40 faiz sürətli və digər istehsalçıların rəqiblərindən bir neçə dəfə daha sürətli işləyəcək.

Məlumata əsasən, yenilənmiş batareya iPad 8-ni 24 saat ərzində yenidən doldurmadan istifadə etməyə imkan verəcək.

Yenilənmiş iPad-ın qiyməti konfiqurasiyadan asılı olaraq 329 dollardan başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti