...

Dünyada koronavirus qurbanlarının sayı 1 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 28 Sentyabr 2020 08:21 (UTC +04:00)
Dünyada koronavirus qurbanlarının sayı 1 milyon nəfəri ötüb

Bakı. Trend:

Dünyada COVID-19 pandemiyası başlayandan bəri koronavirusla əlaqəli xəstəliklərdən ölənlərin ümumi sayı 1 002 383 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə pandemiyanın statistikasını aparan “Worldometer” saytı bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 32 110 209 nəfərə çatıb, 24,6 milyon nəfər isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (7 321 343), Hindistanda (6 073 348) və Braziliyada (4 732 309) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti