Bakı. Trend:
Yaxın günlərdə yeni növ koronavirusa (COVİD-19) yoluxan ABŞ vətəndaşlarının sayı artacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə çıxışı zamanı ABŞ vitse-prezidenti Mayk Pens deyib.
M.Pens bildirib: "Orta Qərbin 10 ştatında yeni növ koronavirus testlərinin müsbət nəticələrinin artması <...> və testlərin aparılmasında əldə olunan irəliləyiş <...> onu göstərir ki, Amerika ictimaiyyəti yaxın günlərdə yoluxma sayının artacağını gözləməlidir".