...

Moskvada koronavirusdan ölənlərin sayı 5 497-ə yüksəlib

Dünya xəbərləri Materials 8 Oktyabr 2020 04:05 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 55 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 55 xəstə dünyasını dəyişib".

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusa yoluxanların sayı son sutkada 3 229 olmaqla 314 788 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 5 497-ə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti