...

İranda ötən sutkada 5 minə yaxın şəxs koronavirusa yoluxub

Dünya xəbərləri Materials 15 Oktyabr 2020 15:50 (UTC +04:00)
İranda ötən sutkada 5 minə yaxın şəxs koronavirusa yoluxub

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 4 616 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda indiyədək 517 835 nəfər koronavirusa yoluxub. Virus daşıyıcılarından 4 671 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 256 nəfər koronavirusdan ölüb. Beləliklə İranda indiyədək bu virusdan ölənlərin sayı 29 605 nəfərə yüksəlib.

İranda indiyədək 418 054 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

Ölkədə indiyədək 4,42 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti