...

ÜST Avropadakı pandemiya ilə mübarizə baxımından vəziyyəti çox çətin adlandırıb

Dünya xəbərləri Materials 3 Noyabr 2020 00:02 (UTC +04:00)
ÜST Avropadakı pandemiya ilə mübarizə baxımından vəziyyəti çox çətin adlandırıb

Bakı. Trend:

Bir çox Avropa ölkələrinin hökumətləri koronavirus pandemiyasına qarşı mübarizədə çox çətin vəziyyətlə qarşılaşır.

Trend-in məlumatına görə, bu barədə brifinqdə ÜST-ün fövqəladə hallar üzrə proqram direktoru Maykl Rayan bildirib.

M.Rayan qeyd edib ki, bir çox ölkələrinin hökumətləri çox çətin vəziyyətdədirlər:

"Onlar virusu nəzarət altına almalıdırlar və eyni zamanda infeksiyanın yayılmasının qarşısını almaq imkanları ciddi dərəcədə məhduddur".

M.Rayan qeyd edib ki, bunu nəzərə alaraq , ÜST etirazların Avropada niyə baş verdiyini başa düşür: "Görünür ki, insanlar çaşqınlıq altındadır, onlar yorulublar və normal həyata qayıtmaq istəyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti