...

Gürcüstanda bir gündə 3 zəlzələ olub

Dünya xəbərləri Materials 5 Noyabr 2020 11:04 (UTC +04:00)
Gürcüstanda bir gündə 3 zəlzələ olub

Bakı. Trend:

Gürcüstanda bir gündə 3 zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, ötən gün Oni şəhəri və Saçxere şəhəri yaxınlığında iki ayrı yeraltı təkan qeydə alınıb.

Gecə saatlarında Oni şəhərindən cənubda daha bir zəlzələ baş verib.

Hər üç zəlzələnin gücü 3,5 bal təşkil edib.

Xatırladaq ki, ötən həftə Türkiyənin İzmir şəhərində, eləcə də Yunanıstanda müvafiq olaraq 6,6 və 6,9 bal gücündə zəlzələ baş verib.

İzmirdə 114 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti