...

Meksika Senatı prezidentin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib

Dünya xəbərləri Materials 27 Noyabr 2020 05:34 (UTC +04:00)
Meksika Senatı prezidentin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib

Bakı. Trend:

Meksika Senatı ölkə prezidentinin toxunulmazlığının ləğv edilməsini təsdiqləyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Meksika Senatının "Twitter" hesabında bildirilir.

Məlumata əsasən, prezidentin toxunulmazlığına dair konstitusiya islahatı layihəsinin lehinə 89, əleyhinə isə 23 senator səs verib.

Bildirilir ki, prezidentə qarşı açılan cinayət işi məhkəməyə göndərilməmişdən əvvəl dövlət başçısı Senatın qarşısında çıxış etməli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti