...

Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb

Dünya xəbərləri Materials 29 Noyabr 2020 14:07 (UTC +04:00)
Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb

Bakı. Trend:

Yaponiyanın Tanegashima adasında yerləşən kosmodromdan yüksək sürətli məlumat ötürülməsi üçün nəzərdə tutulmuş peyk ilə H-IIA raket buraxılıb.

Trend-in məlumatına görə, raket buraxılışı Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən canlı yayımlanıb.

Məlumata əsasən, bu yeni peyk orbitdəki digər Yaponiya peyklərindən məlumat alacaq və Yerə ötürəcəkdir.

O məlumatları həmişəkindən yeddi qat daha sürətli ötürə bilir və gündə orta hesabla təxminən 9 saat işləyir.

Xəbər lenti

Xəbər lenti