Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 49 863 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 436 650 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 698 nəfər ölüb, ölənlərin ümumi sayı 174 515 nəfər təşkil edir..