...

Liviyada Türkiyəyə məxsus gəmi saxlanılıb

Dünya xəbərləri Materials 8 Dekabr 2020 08:29 (UTC +04:00)
Liviyada Türkiyəyə məxsus gəmi saxlanılıb

Bakı. Trend:

Liviya milli ordusunun qüvvələri ölkənin sahillərində Yamayka bayrağı altında üzən Türkiyəyə məxsus gəmini saxlayıblar.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bunu Liviya milli ordusunun rəsmi nümayəndəsi general-mayor Əhməd əl-Mismari deyib.

Onun sözlərinə görə, Türkiyəyə məxsus "Mabrouka" adlı ticarət gəmisi Misrata şəhərinin limanına doğru üzürmüş, lakin Derna yaxınlığında saxlanılıb.

Ə. əl-Mismari qeyd edib ki, gəminin göyərtəsində 17 nəfər olub. Onlardan 9-u Türkiyə vətəndaşı, 7-si Hindistan vətəndaşı, 1-i isə Azərbaycan vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti