Bakı. Trend:
"Apple" şirkəti yeni növ koronavirusun səbəb olduğu xəstəliyin qarşısının alınması məqsədi ilə ABŞ- ın Kaliforniya ştatında 53 və Böyük Britaniyanın paytaxtı Londonda 10-dan çox mağazanın hamısını müvəqqəti olaraq bağlayıb.
Trend-in məlumatına görə, bu barədə "NBC" telekanalı xəbər verib.
Şirkətdən bildiriblər ki, koronavirusla əlaqəli COVID-19 xəstəliyi ilə bağlı yaranmış vəziyyətə görə xidmət göstərildiyi ərazilərdə şirkətin mağazaları müvəqqəti olaraq bağlanır:
"Bu tədbirləri ehtiyat üçün görürük, vəziyyəti yaxından izləməyə davam edirik, müştərilərimizin və işçilərimizin tezliklə qayıtmasına ümidvarıq".