...

Türkiyə ilə Böyük Britaniya azad ticarət sazişini imzaladı

Dünya xəbərləri Materials 29 Dekabr 2020 16:57 (UTC +04:00)
Türkiyə ilə Böyük Britaniya azad ticarət sazişini imzaladı

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə ilə Böyük Britaniya arasında azad ticarət sazişi imzalanıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan bildirib.

O, iki ölkə arasında azad ticarət sazişinin 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcəyini deyib. Nazir əlavə edib ki, sazişə əsasən, Türkiyə ilə Böyük Britaniya arasında ticarət gömrük rüsumları tətbiq olunmadan həyata keçiriləcək:

"Əgər saziş imzalanmasaydı, Böyük Britaniyaya ixracımızın təxminən 75 faizinə vergi tətbiq olunacaqdı və bizim iqtisadi itkilərimiz 2,4 milyard dollara bərabər olacaqdı. Saziş yanvarın 1-də qüvvəyə minəcək və heç bir itkimiz olmayacaq".

Qeyd edək ki, Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra ilk azad ticarət sazişini Aİ ilə, ikincini isə Türkiyə ilə imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti