...

Bitkoin 15 faiz ucuzlaşıb

Dünya xəbərləri Materials 4 Yanvar 2021 16:50 (UTC +04:00)
Bitkoin 15 faiz ucuzlaşıb

Bakı. Orxan Nəbiyev - Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin gün ərzində dəyərini 15 faizini itirib.

Trend-in məlumatına görə, kriptovalyutanın qiyməti 28 min dollar həddinədək azalıb. Birjalarda bitkoinin qiyməti 28 218 dollara bərabər olub.

Sonrakı dəqiqələrdə bitkoin 30 min dollar ətrafında alınıb-satılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl bitkoinin qiyməti 34 min dollar həddini keçmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti