...

Yaponiyada bir aylıq fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 7 Yanvar 2021 13:28 (UTC +04:00)
Yaponiyada bir aylıq fövqəladə vəziyyət elan edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Yaponiyanın Böyük Tokio paytaxt regionunda koronavirusun sürətlə yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Yosihide Suqa deyib.

O bildirib ki, fövqəladə vəziyyət bir ay davam edəcək və Tokio paytaxt regionuna daxil olan, 37,2 milyon əhalinin yaşadığı Tokio, Kanaqava, Saitama və Tiba prefekturalarını əhatə edəcək.

Fövqəladə vəziyyət rejimi yanvarın 8-dən fevralın 7-dək qüvvədə olacaq.

Qeyd edək, Yaponiyada pandemiya ilə bağlı vəziyyət noyabrdan etibarən daha da pisləşməyə başlayıb. Yanvarın 6-da isə ölkədə gündəlik yoluxma rekordu (6 001 nəfər) qeydə alınıb.

Bugünədək Yaponiyada koronavirusa yoluxanların sayı 260 min nəfəri, ölənlərin sayı 3,8 min nəfəri keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti