...

Vaşinqtonda iğtişaşlar zamanı 68 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 7 Yanvar 2021 22:11 (UTC +04:00)
Vaşinqtonda iğtişaşlar zamanı 68 nəfər saxlanılıb

Bakı. Trend:

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində baş verən iğtişaşlar zamanı 68 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu paytaxt polisinin rəhbəri Robert Konti mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, saxlanılanlardan 60 nəfəri kişi, 8 nəfəri isə qadındır: "Saxlanılanlardan yalnız biri Vaşinqton sakinidir, digərləri isə başqa şəhərlərdən gələn vətəndaşlardır".

Xatırladaq ki, ötən gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın tərəfdarları Konqres binasına hücum ediblər. Hadisə yerinə gələn polis əməkdaşları və iğtişaşçılar arasında toqquşmalar baş verib. Son məlumatlara əsasən, 4 nəfər həlak olub.

ABŞ-ın paytaxtında komendant saatı tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti