...

Britaniya kraliçası II Elizabet koronavirus əleyhinə peyvənd olunub

Dünya xəbərləri Materials 9 Yanvar 2021 20:09 (UTC +04:00)
Britaniya kraliçası II Elizabet koronavirus əleyhinə peyvənd olunub

Bakı. Trend:

Böyük Britaniya kraliçası II Elizabet və əri Edinburq hersoqu Filip koronavirus əleyhinə peyvənd edilib.

Trend-in məlumatına görə, bu barədə Bukinqem Sarayından bildiriblər.

Eyni zamanda, Britaniya monarxı və ərinə hansı şirkətin peyvəndi vurulması barədə məlumat verilməyib.

Bildirilib ki, peyvəndlər onlara Vindzor qalasında kral həkimi tərəfindən vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti