...

İranda daha 83 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 18 Yanvar 2021 14:52 (UTC +04:00)
İranda daha 83 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 83 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 886 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 806 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 336 217 nəfərə çatıb. Virus daşıyıcılarından 4 348 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 125 499 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 8,58 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 10 şəhər qırmızı, 23 şəhər narıncı, 163 şəhər sarı, 252 şəhər isə mavi zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti