...

Rusiyada koronavirusdan ölənlərin sayı 70 minə yaxınlaşır

Dünya xəbərləri Materials 25 Yanvar 2021 12:12 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 70 minə yaxınlaşır

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,73 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 19 290 nəfər virusa yoluxub, 456 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 738 690 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 69 918 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 150 763 şəxs virusdan sağalıb, 518 009 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti