...

Misirdə COVID-19 epidemiyasının ikinci dalğasının pik həddi aradan qalxıb

Dünya xəbərləri Materials 30 Yanvar 2021 07:12 (UTC +04:00)
Misirdə COVID-19 epidemiyasının ikinci dalğasının pik həddi aradan qalxıb

Bakı. Trend:

Misirdə COVID-19 epidemiyasının ikinci dalğasının pik həddi aradan qalxıb.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidentin Sağlamlıq və Profilaktika üzrə məsləhətçisi Məhəmməd Avad Təqaddin bildirib.

Onun sözlərinə görə, dekabrın 31-də ölkədə ən yüksək yoluxma halı qeydə alınıb - 1418 nəfər, indi isə sutkada 521 yoluxmaya qədər düşüb.

Eyni zamanda, prezidentin müşaviri Səhiyyə Nazirliyinin rəsmi statistikasının real xəstələnməsini əks etdirmədiyini, lakin ümumi fikir və göstəricilər verdiyini etiraf etdi:

"Bu faktı nəzərə alsaq da ümumi yoluxma göstəricilərinin aşağı düşməsini görürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti