...

"Tesla" 135 minə yaxın avtomobili geri çağırıb

Dünya xəbərləri Materials 2 Fevral 2021 19:27 (UTC +04:00)
"Tesla" 135 minə yaxın avtomobili geri çağırıb

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın "Tesla" elektrik avtomobil şirkəti ölkədə 135 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar mərkəzi monitorda qeydə alınan qüsurlarla əlaqədar verilib.

Qeyd olunur ki, nasazlıq nəticəsində arxa kameranın görüntüsü mərkəzi monitorda qeydə alınmaya bilər.

Geri çağırılma 2012-2018-ci illərdə istehsal olunmuş "Model S" və 2016-2018-ci illərin "Model X" modellərinə şamil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti