...

Sinqapur Dünya İqtisadi Forumunun avqust ayına təxirə salındığını elan edib

Dünya xəbərləri Materials 4 Fevral 2021 01:14 (UTC +04:00)

Bakı. Trend:

Sinqapur hakimiyyəti Dünya İqtisadi Forumunun avqust ayına təxirə salındığını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Ticarət və Sənayə Nazirliyi bildirib.

Məlumata əsasən, bundan əvvəl Forum may ayında baş tutmalı idi:

"Təşkilatçılar koronavirusla mübarizə ilə əlaqədar beynəlxalq səyahətlərdə məhdudiyyətlərin qalması səbəbindən forumun 17-20 avqust tarixlərinə qədər təxirə salınması təklifi ilə çıxış etdilər".

Qeyd edilib ki, Sinqapur hökuməti Forumun qarşılaşdığı problemləri başa düşür və bu təklifi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti