...

Cənubi Koreyada dünyanın ən iri külək enerjisi layihəsi reallaşdırılacaq

Dünya xəbərləri Materials 5 Fevral 2021 18:36 (UTC +04:00)
Cənubi Koreyada dünyanın ən iri külək enerjisi layihəsi reallaşdırılacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Cənubi Koreyada dünyanın ən iri külək enerjisi parkının yaradılacağı elan olunub.

Trend-in məlumatına görə, layihənin təxminən 43 milyard dollar dəyərində olacağı bildirilib.

Külək enerjisi parkı paytaxt Seuldan 400 kilometr cənub-qərbdə, Sinan şəhərinin sahilində inşa olunacaq. 2029-cu ilədək 8,2 giqavatt gücündə elektrik enerjisi istehsal edəcək obyektin inşası planlaşdırılır.

Külək enerjisi parkının tikintisi prosesində 120 min yeni iş yeri yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti