...

Kanadada təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 11 Fevral 2021 06:58 (UTC +04:00)
Kanadada təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Kanadanın paytaxtı Ottava şəhərinin qərbində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in "CTV" telekanalına istinadən verdiyi məlumata görə, insident Karp hava limanı yaxınlığında baş verib. Telekanalın məlumatına əsasən, ikinəfərlik "Blackshape BS100" təyyarəsi meşə ərazisinə düşüb və daha sonra alışıb.

Bildirilir ki, yanğınsöndürənlər təyyarəni aşkarlayıblar və yanğını söndürüblər.

Qəza inəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti