...

Rusiyada koronavirusdan ölənlərin sayı 79 mini keçib

Dünya xəbərləri Materials 12 Fevral 2021 12:36 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 79 mini keçib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,04 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 15 089 nəfər virusa yoluxub, 507 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 042 837 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 79 194 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 559 142 şəxs virusdan sağalıb, 404 501 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti