...

Rusiyada daha 459 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 16 Fevral 2021 12:14 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,09 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 13 233 nəfər virusa yoluxub, 459 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 099 323 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 80 979 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 624 663 şəxs virusdan sağalıb, 393 681 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti