...

Boqotada partlayış baş verib, xəsarət alanlar var

Dünya xəbərləri Materials 19 Fevral 2021 05:15 (UTC +04:00)

Bakı. Trend:

Kolumbiyanın paytaxtı Boqota şəhərində partlayış olub.

Trend-in "La FM" radiostansiyasına istinadən verdiyi məlumata görə, partlayış təmizləyici məhsulların saxlandığı anbarda baş verib.

Məlumata əsasən, partlayış nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlar xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti