...

İlon Mask bir gündə 15 milyard dollar pul itirdi

Dünya xəbərləri Materials 23 Fevral 2021 13:40 (UTC +04:00)
İlon Mask bir gündə 15 milyard dollar pul itirdi

Bakı. Orxan Nəbiyev - Trend:

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask son sutka ərzində 15 milyard dollardan çox vəsait itirib.

Trend-in məlumatına görə, buna səbəb "Tesla" şirkətinin səhmlərinin kəskin ucuzlaşması olub.

Qeyd olunur ki, İ.Maskın sərvəti 15,2 milyard azalaraq 183 milyard dollara düşüb.

Hazırda İ.Mask dünyanın ən zəngin şəxsləri siyahısında "Amazon"un rəhbəri Ceff Bezosdan sonra ikinci yerdədir.

Ötən gün "Tesla"nın səhmləri 8,55 faiz ucuzlaşıb ki, bu da ötən ilin sentyabrından sonra ən yüksək rəqəmdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti