...

Fransada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb

Dünya xəbərləri Materials 24 Fevral 2021 06:16 (UTC +04:00)

Bakı. Trend:

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 20 064 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 629 891 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 412 nəfər ölüb, ölənlərin ümumi sayı 85 044 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti