...

Niderlandda koronavirus test mərkəzində partlayış olub

Dünya xəbərləri Materials 3 Mart 2021 13:07 (UTC +04:00)
Niderlandda koronavirus test mərkəzində partlayış olub

Bakı. Orxan Nəbiyev - Trend:

Niderlandın Bovenkarspel şəhərində koronavirus test mərkəzində partlayış olub.

Trend-in məlumatına görə, bu barədə yerli polis bildirib.

Partlayış nəticəsində binaya ziyan dəyib. Xəsarət alanların olmadığı deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, binada boru partlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti