...

Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 6 Mart 2021 12:30 (UTC +04:00)
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,31 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 11 022 nəfər virusa yoluxub, 441 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 312 181 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 88 726 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 900 348 şəxs virusdan sağalıb, 323 107 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti