...

ABŞ-da atışma olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 20 Mart 2021 20:47 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Dallas şəhərində (Texas ştatı) naməlum şəxs gecə klubunda atəş açıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi polisə istinadən xəbər verib.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.

Atışma münaqişə zamanı baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib, atəş açan şəxs hadisə yerindən qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti