Bakı. Orxan Nəbiyev - Trend:
Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binası çöküb.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər həlak olub, 23 nəfər xəsarət alıb.
Hadisə səhər saatlarında baş verib. Dağıntılar arasında sakinlərin qaldığı ehtimal edilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.