...

Yaponiyada koronavirusa yoluxmuş xəstəyə ağciyər köçürülüb

Dünya xəbərləri Materials 8 Aprel 2021 10:47 (UTC +04:00)
Yaponiyada koronavirusa yoluxmuş xəstəyə ağciyər köçürülüb

Bakı. Orxan Nəbiyev - Trend:

Yaponiyada Kioto universitetinin həkimləri koronavirus infeksiyasını ağır şəkildə keçirmiş xəstəyə dünyada ilk dəfə ağciyər köçürülməsi üzrə əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat olunan qadın ötən ilin sonunda virusa yoluxub və xəstəlik müddətində süni aparata qoşulmaqla müalicə olunub.

Xəstəlik nəticəsində qadının ağciyərlərinin bir hissəsi ciddi ziyan görüb. Həmin qadının həyat yoldaşı və oğlu donor qismində çıxış edib.

Ağciyər köçürülməsi əməliyyatı 11 saat davam edib və uğurla başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti