...

Türkiyədə son sutkada koronavirusdan 35 786 nəfər sağalıb

Dünya xəbərləri Materials 10 Aprel 2021 02:16 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 35 786 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 253 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 33 454 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 55 791 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 745 657 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 35 786 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 268 678 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti