...

Rusiyada fabrik yanır - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 12 Aprel 2021 16:16 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində "Nevskaya manufaktura" fabrikində güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, yanğının qarşısı alınarkən bir yanğınsöndürən həlak olub, daha iki nəfər xəsarət alıb.

Digər yanğınsöndürənlər yanan binadan çıxarılıb.

Yanğın 4 min kvadratmetr sahəni əhatə edir. Fabrikin dam örtüyü çöküb.

Yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti