...

Rusiya Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb

Dünya xəbərləri Materials 15 Aprel 2021 04:10 (UTC +04:00)
Rusiya Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb

Bakı. Trend:

Rusiya bu gündən iyulun 1-dək, koronavirusla mübarizə üzrə federal operativ qərargahın qərarına əsasən, Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb və Tanzaniyaya uçuşları tamamilə bağlayıb.

Trend-in məlumatına görə, qərar bu ölkələrdəki koronavirusla əlaqədar vəziyyətə görə verilib.

Qərargahın qərarına əsasən, Rusiya ilə Türkiyə arasında bütün yük-sərnişin, çarter və demək olar ki, bütün müntəzəm uçuşlar dayandırılıb.

Yalnız Moskva və İstanbul arasında müntəzəm uçuşlar qalacaq, lakin icazə verilən uçuş vaxtı həftədə dörd dəfəyədək endirilib. İki ölkənin aviaşirkətlərinin hərəsi iki uçuş təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti