Bakı. Trend:
Qəzza zolağından İsrail ərazisinə raket atılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.
"Qəzza zolağından İsrail ərazisinə raket atılıb. Raket "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub", - məlumatda deyilir.