...

Özbəkistanda qaz daşıyan maşın partlayıb, 2 nəfər ölüb

Dünya xəbərləri Materials 15 İyun 2021 00:41 (UTC +04:00)
Özbəkistanda qaz daşıyan maşın partlayıb, 2 nəfər ölüb

Bakı. Trend:

Özbəkistanın Səmərqənd vilayətində məişət qaz balonlarının qaz doldurma məntəqəsində qaz daşıyan maşının partlaması nəticəsində iki nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə 14 iyun tarixində yerli vaxtla saat 17:40-da Səmərqənd vilayətinin Urqut rayonunda baş verib.

Hadisə nəticəsində yük maşını sürücüsü və yanacaqdoldurma məntəqəsinin bir əməkdaşı hadisə yerində həlak olub.

Faktı ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti