...

ABŞ Meksika və Kanadadan ölkəyə girişə tətbiq edilən məhdudiyyətlərin müddətini uzadıb

Dünya xəbərləri Materials 21 İyun 2021 06:54 (UTC +04:00)
ABŞ Meksika və Kanadadan ölkəyə girişə tətbiq edilən məhdudiyyətlərin müddətini uzadıb

Bakı. Trend:

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Meksika və Kanadadan ölkəyə girişə tətbiq edilən məhdudiyyətlərin müddətini iyulun 21-dək uzadıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Nazirliyin mətbuat xidmətinin "Twitter"ində bildirilib.

Məlumatda deyilir: "COVID-19-un yayılmasını azaltmaq üçün ABŞ Meksika və Kanadadan ölkəmizə vacib olmayan səyahət və bərə daşımalarına tətbiq edilən məhdudiyyətləri iyulun 21-dək uzadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti