...

Koçaryanın bloku seçkilərin ilkin nəticələrini mübahisəli adlandırıb

Dünya xəbərləri Materials 21 İyun 2021 02:34 (UTC +04:00)
Koçaryanın bloku seçkilərin ilkin nəticələrini mübahisəli adlandırıb

Bakı. Trend:

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın "Ermənistan" bloku növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin mübahisəli olduğunu və inandırıcı olmadığını bildirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə blokun yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Etimadsızlığın ən ciddi səbəbi fərqli seçki məntəqələrindən gələn yüzlərlə siqnaldır ki, bu da seçki nəticələrinin sistematik, əvvəlcədən planlaşdırılan şəkildə saxtalaşdırılmasına işarə edir. "Ermənistan" bloku bütün problemli məsələlər aydınlaşdırılana və şübhələr ortadan qaldırılana qədər seçki nəticələrini qəbul etməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti