...

Yaponiyanın cənub-qərbində vulkan püskürüb

Dünya xəbərləri Materials 22 İyun 2021 22:42 (UTC +04:00)
Yaponiyanın cənub-qərbində vulkan püskürüb

Bakı. Trend:

Yaponiyanın cənub-qərbindəki Suvanose adasında vulkan püskürməsi baş verib.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat verib.

Bu baxımdan meteoroloqların bölgədə beş ballıq miqyasda üçüncü təhlükə səviyyəsini yaranması qeyd olunur. Bu o deməkdir ki, vulkana 2 km-dən az məsafədə yaxınlaşmaq mümkün deyil.

Adadakı xəsarətlər və dağıntılar barədə məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kəndin özü vulkandan 4 km uzaq məsafədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti