...

Pentaqon Suriyada ABŞ bazasının atəşə tutulmasını təkzib etdi

Dünya xəbərləri Materials 5 İyul 2021 04:25 (UTC +04:00)
Pentaqon Suriyada ABŞ bazasının atəşə tutulmasını təkzib etdi

Bakı. Trend:

Pentaqon Suriyada ABŞ-ın hərbi bazasının raket atəşinə tutulması məlumatını təkzib edib.

Trend-in məlumatına görə, bu barəfə ABŞ-ın başçılıq etdiyi beynəlxalq antiterror koalisiyanın nümayəndəsi, polkovnik Ueyn Marotto bildirib.

“ABŞ-ın Suriyadakı qüvvələrinin raket hücumuna məruz qaldıqları barədə məlumatlar həqiqətə uyğun deyil” - Marotto "Twitter" səhifəsində yazıb.

Daha əvvəl Al Arabiya telekanalı Suriyanın şimal-şərqində Deyr əz-Zor əyalətindəki “Əl Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasının raket atəşinə tutulması və baza ərazisinə ən azı iki raketin düşdüyü barədə xəbər yayıb.

XXX

00:43

Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Əl Arabiya telekanalı məlumat verib.

Bilidirlir ki, baza ölkənin şimal-şərqində Deyr əz-Zor əyalətindəki "Əl Ömər" neft yatağı yaxınlığında yerləşir. Raket hücumu zamanı baza ərazisinə ən azı iki reaktiv mərmi düşüb.

Amerikan hərbçiləri arasında itkilər barədə dəqiq məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti