...

Kuril adaları yaxınlığında 5.8 bal gücündə zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 13 İyul 2021 06:54 (UTC +04:00)

Bakı. Trend:

Sakit Okeanda Kuril adaları (Saxalin bölgəsi) yaxınlığında 5.8 bal gücündə zəlzələ olub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasından bildirib.

"Zəlzələnin episentri Simuşir adasından 111 kilometr cənubda, ocağı isə 59 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.

Sunami təhlükəsi elan edilməyib.

Qeyd edilir ki, bu gün Rusiyanın Kamçatka və Kuril bölgələrinin sahillərində 4.9 maqnitudaya qədər dörd zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti