...

Çində market işçisi bıçaqla müştərilərə hücum edib: Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 14 İyul 2021 19:24 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin cənub-şərqindəki Şenyan şəhərində supermarketlərin birində satıcı bıçaqla müştərilərə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Qeyd olunur ki, marketin ət məhsulları şöbəsinin satıcısı müştəri ilə mübahisə edərkən əlindəki bıçaqla onu qətlə yetirib.

O hadisə yerindən uzaqlaşarkən qarşısına çıxanlara zərbələr endirib. Nəticədə 8 nəfər yaralanıb, onlardan biri xəstəxanada həyatını itirib.

Hazırda hücum edən şəxsin axtarışları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti