...

İraqda neft emalı müəssisəsi raket hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 31 İyul 2021 04:27 (UTC +04:00)
İraqda neft emalı müəssisəsi raket hücumuna məruz qalıb

Bakı. Trend:

İraqın şimalında neft şirkətlərindən birinin böyük bir müəssisəsi raket hücumuna məruz qalıb.

Trend-in "Al Sumaria" telekanalına istinadən verdiyi məlumata görə, insident Səlahəddin əyalətinin Baiji şəhərində (Bağdaddan 200 kilometr şimal-qərbdə) baş verib.

Bildirilir ki, kustar üsulla hazırlanan raket neft emalı ilə məşğul olan müəssisənin ərazisinə düşüb.

Hadisə nəticəsində dağıntılar əvə xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti