...

İranda daha 544 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 21 Avqust 2021 14:31 (UTC +04:00)
İranda daha 544 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 24 179 nəfər koronavirusa yoluxub, 544 nəfər koronavirusdan ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusa yoluxanların sayı 4 640 695 nəfərə, ölənlərin sayı 101 354 nəfərə yüksəlib.

Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti