...

Çin digər ölkələrə bir milyard doza vaksin verib

Dünya xəbərləri Materials 3 Sentyabr 2021 16:38 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Çin hökuməti digər ölkələrə koronavirus əleyhinə 1 milyard doza vaksin təhvil verib.

Trend-in məlumatına görə, bunu ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Çjen Çjunvey deyib.

O bildirib ki, bu ilin sonunadək 2 milyard doza dünya ölkələrinə yola salınacaq.

Qeyd olunub ki, Çinin özündə əhaliyə 2 milyard dozadan çox vaksin vurulub.

Ümumilikdə, Çində 2021-ci ilin sonunadək vaksin istehsalı 5 milyard dozanı keçə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti