...

Rusiyada məktəblilər koronavirusa qarşı məcburi peyvənd edilməyəcək

Dünya xəbərləri Materials 4 Sentyabr 2021 06:20 (UTC +04:00)
Rusiyada məktəblilər koronavirusa qarşı məcburi peyvənd edilməyəcək

Bakı. Trend:

Rusiyada 18 yaşına çatmış şagirdlər koronavirus infeksiyasına qarşı məcburi peyvənd edilməyəcək. Peyvənd olunmamış məktəbliləri dərsə buraxmamaqdan da söhbət getmir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Təhsil nazirinin birinci müavini Aleksandr Buqayev bildirib.

Nazir müavini bildirib ki, heç kim uşaqları heç nə etməyə məcbur etməyəcək:

"Heç kim uşaqları bir şey etməyə məcbur etməyəcək, bunu məsuliyyətlə sizə bildiririk. Və təbii ki, bu məsələ hətta gündəmdə deyil". O əlavə edib ki, peyvənd olunmayanların dərsə buraxılmamasından da söhbət getmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti