Bakı. Orxan Nəbiyev - Trend:
Əfqanıstanda Pəncşir əyalətinin "Taliban"ın nəzarətinə keçməsi ilə əlaqədar qeyd edilən atəşfəşanlıq zamanı ölənlərin sayı 70 nəfərə çatıb.
Trend-in məlumatına görə, bundan əvvəl hadisədə 17 nəfərin həlak olduğu deyilmişdi.
Qeyd olunur ki, insidentlər fərqli məkanlarda baş verib.
"Taliban" silahlıları bir neçə gün döyüşlərin getdiyi Pəncşir əyalətini ələ keçirdikdən sonra bunu havaya atəş açmaqla qeyd edib.
Təşkilat rəhbərliyi havaya atəş açanların cəzalandırılacağını bildirib.